← Bütün xəbərlərXəbər

TEI Forum 2026-nın əsas strateji tərəfdaşı İİTKM-dir

TEI Forum 2026-nın əsas strateji tərəfdaşı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), o cümlədən Mərkəzin operatoru olduğu “Enterprise Azerbaijan” və “Azexport” portallarıdır.

“Enterprise Azerbaijan” və “Azexport” bu tərəfdaşlıq çərçivəsində Forumun biznes, ixrac, investisiya və innovasiya istiqamətlərində yeni imkanların formalaşdırılması missiyasını dəstəkləyir.

Bu strateji tərəfdaşlıq Azərbaycanın iqtisadi inkişafının gücləndirilməsi, beynəlxalq biznes əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlıq platformalarının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.