Missiyamız
Founder Club Azərbaycanın aparıcı biznes icmasıdır. Məqsədimiz sahibkarları birləşdirmək, biznesin inkişafına təkan vermək və sağlam rəqabət mühiti yaratmaqdır.
Dünya sürətlə dəyişir
Founder Club, 02.04.2022-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkətlər arasında şəbəkələşmə fəaliyyətinin inkişafına və həmçinin partnyor şirkətlərin xarici iş adamları ilə əlaqələrinin genişlənməsinə dəstək olmaq məqsədilə təsis edilmişdir.
Bu şəbəkə, yerli şirkətlərin bir-biri ilə əməkdaşlıq etməsinə imkan verərək, yeni iş imkanlarını və əməkdaşlıqları təşviq edir. Eyni zamanda, xarici iş adamları ilə əlaqələrin inkişafı, yerli şirkətlərin qlobal bazarlara çıxışını asanlaşdırır.
Founder Club, üzvlərinə müxtəlif tədbir və seminarlar vasitəsilə, işgüzar əlaqələrini genişləndirməyə və yeni partnyorlarla tanış olmağa imkan verir. Bu platforma şirkətlərin inkişafına və bazarda rəqabət qabiliyyətinin artmasına dəstək verir.
Aktiv Üzv
Azərbaycanın ən güclü sahibkarları bir araya gəlir
Keçirilmiş Tədbir
B2B görüşlər, forumlar və beynəlxalq missiyalar
Tərəfdaş Şirkət
Yerli və beynəlxalq strateji tərəfdaşlıqlar
Missiya & Vizyon
Missiyamız
Azərbaycan sahibkarlarını birləşdirərək güclü bir iş ekosistemi yaratmaq, yerli biznesin beynəlxalq bazarlara çıxışını asanlaşdırmaq və üzvlərə real dəyər gətirən əlaqələr qurmaq.
Vizyonumuz
Cənubi Qafqazın ən nüfuzlu biznes icması olmaq, Azərbaycan sahibkarlığını beynəlxalq səviyyədə təmsil etmək və üzvlər üçün davamlı inkişaf mühiti yaratmaq.