Ofis Ziyarəti – Biznes Klub
18 yanvar tarixində partnyorumuz Mobil Group-u #OfisZiyarəti çərçivəsində ziyarət etdik.
Qonaqları “Mobil Group”-un rəhbəri Vüsal Xəlilov qarşıladı. Ofis ziyarətində iştirak edən qonaqlarla tanışlıqdan sonra Vüsal bəy Mobil Group-a daxil olan şirkətlərin xidmətləri haqqında ətraflı məlumat verdi.
Daha sonra qonaqlar Mobil Group-un baş ofisində yerləşən şöbələrin fəaliyyəti ilə yaxından tanış oldular.
Ümumilikdə görüş şirkətlərin biri digərinin fəaliyyət sahəsini yaxından tanıması və qarşılıqlı əməkdaşlıqların başlanması baxımından faydalı oldu.
Qonaqlara 26 yanvar Fibonacci games haqqında məlumat verildi. 100 iş adamının iştirakının planlandığı tədbirdə sürətli tanışlıq, şam yeməyi və intellektual oyun təşkil olunacaq.
“Mobil Group” gömrük təmsilçiliyi və beynəlxalq yük daşıma xidmətləri də daxil olmaqla müxtəlif sahələri özündə birləşdirən şirkətlər qrupudur.
Davamlı olaraq xidmət diapazonunu genişləndirməkdə olan MOBIL GROUP özündə aid olduğu sektorun qabaqcıl şirkətlərini birləşdirir.