← Bütün tədbirlərFounder Club Tədbiri

Founder Women Club olaraq tədbirimiz baş tutdu

Bir araya gəldik, tanış olduq, birlikdə əyləndik.

@founderwomen_club təşkilatçılığı ilə @ozelartcoffee məkanında baş tutan görüşümüzdə xanımlar əvvəlcə yeni tanışlıqlar qurdu, səmimi söhbətlər etdi.

Daha sonra isə Aynur xanımın dəstəyi və yönləndirməsi ilə əl işləri ilə məşğul oldular.

Founder Women Club olaraq məqsədimiz “Biznes Lady”-ləri bir araya gətirmək, yeni tanışlıqlar qurmaq və yeni peşəkar əlaqələri inkişaf etdirməkdir.

Əgər sən də öyrənmək, qurmaq, şəbəkə qurmaq, özünü inkişaf etdirmək və qadın dəstəyinin gücünü hiss etmək istəyirsənsə Founder Women Club-a qoşul.

Burada tək deyilsən. Burada birlik var. Burada fürsət var.