← Bütün tədbirlərFounder Club Tədbiri

Biznes Networking Bakı Ekspo mərkəzində

Bakı Ekspo Mərkəzində keçirilən “BakuBuild”, “Rebuild Karabakh”, “Aquatherm Baku” sərgilərini ziyarət etdik.

Sərgi çərçivəsində yerli və beynəlxalq brendlərin təqdim etdiyi inşaat materialları, müasir texnologiyalar və dizayn həlləri ilə tanış olduq.

Partnyor şirkətlərimizin stendlərini ziyarət edərək onların sərgi barədə təəssüratlarını dinlədik və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etdik.

Belə platformalar inşaat və sənaye sektorunda əməkdaşlığın, innovasiyanın və təcrübə mübadiləsinin güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır.