Astana Hub-da işgüzar görüşümüz baş tutdu
Astana səfəri çərçivəsində Mərkəzi Asiyanın ən böyük innovasiya ekosistemlərindən biri olan Astana Hub-da Beynəlxalq əlaqələr və investisiya ofisinin direktoru cənab Daniyar Jumağulov ilə işgüzar görüşümüz baş tutdu.
Görüş zamanı TEI Forum 2026 haqqında ətraflı məlumat verdik, forumun məqsədləri, yaratdığı beynəlxalq biznes körpüləri və sahibkarlar üçün açdığı yeni imkanlar barədə geniş müzakirə apardıq. Eyni zamanda forumda iştirak və mümkün əməkdaşlıq istiqamətləri ətrafında səmərəli fikir mübadiləsi aparıldı.
Cənab Daniyar Jumağulov Astana Hub-un fəaliyyəti, innovasiya ekosisteminin strukturu, startapların dəstəklənməsi və beynəlxalq investisiya imkanları barədə geniş məlumat verdi. Bu təqdimat regionun texnologiya və innovasiya sahəsindəki inkişaf dinamikasını daha yaxından anlamağa imkan yaratdı.
Astana Hub-un innovasiya və startap ekosistemində oynadığı mühüm rol, yeni texnologiyaların inkişafına verdiyi dəstək və beynəlxalq əməkdaşlıqlara açıq olması xüsusilə böyük maraq doğurdu.
Səmimi qəbula və məhsuldar görüşə görə cənab Daniyar Jumağulova təşəkkür edirik. İnanırıq ki, bu görüş gələcəkdə daha geniş əməkdaşlıqlar üçün möhkəm bir başlanğıc olacaq.