Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin
və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış
yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual
yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur
dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə
metodlar tətbiq edilməli idi.
Heydər Əliyev
1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil
olmuşdur. Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə
aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının
keyfiyyətcə yeni mərhələyə keçirilməsinə görə doqquzuncu, onuncu və on birinci
beşilliklər Azərbaycanın yeni tarixində ən mühüm yerləri tutur.
Heydər Əliyev
Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə
yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil
dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır.
Heydər Əliyev
Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi
müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına
get-gedə daha dərindən inteqrasiya olunması 1970-1985-ci illərdə təməli
qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır.
Heydər Əliyev