Ankara Sanayi Odası, KASİAD və Founder Club-ın birgə təşkilatçılığı ilə Bakıda Türkiyəli İş adamları ilə Azərbaycanlı iş adamları arasında B2B formatında işgüzar görüşlər keçirildi.
   Tədbirdə eyni zamanda Azərbaycanlı 200 iş adamı öz aralarında işgüzar görüş keçirdi. Tədbirdə AzVirt, Azərsun Holding , Shinkar Holding,Azİnşaat Holding, North West Construction,Azneftemash ASC,Azərbaycan Sənaye Korporasiyası kimi şirkətlərlə yanaşı kiçik və orta biznesin təmsilciləridə iştirak etdilər.