Hər gün onlarla, müxtəlif xasiyyətli insanlarla ünsiyyətdə oluruq. Bir qismi ilə ünsiyyətimiz uğurlu alınsa da, bəzən anlaşılmazlıqlar yaşaya bilirik. İstənilən mühitdə, eləcə də işə götürülmə zamanı insan psixologiyası və davranış qaydalarının önəmli olduğunu nəzərə alaraq, “FC Talks”-un bu həftəki qonağı ISEE (Institute for Social Enlightenment & Education) və “WOW School” – un təsisçi və direktoru Elçin Həsən oldu. İxtisaslaşmış mütəxəssis “Tanıma Sənəti”nin sirləri haqqında təlim keçdi.

?21.05.2022, saat 11:00-da baş tutan təlim aşağıdakı mövzuları əhatə etdi:
? Davranış və şəxsiyyət psixologiyası;
? Münasibətlərdə tiplər;
? Təhsil, ixtisas və kariyerada tiplər;
? İşəgötürmədə və marketinqdə tiplər;
? “MBTI – 16 tip” modeli.

?Təhsili
▪️UNEC – BA Menecment
▪️Liverpool Universiteti (UK) – MSc Beynəlxalq Menecment
▪️Tartu University (Estonia) – Təhsil Texnologiyaları
▪️Xəzər Universiteti – PhD Təhsilin Təşkili və İdarə olunması
▪️Oxford Universiteti – Psixologiya; və Dövlət Siyasətinin İqtisadiyyatı üzrə kurs
və bir sıra peşəkar kurslar və beynəlxalq təlimlərin iştirakçısı

İxtisaslaşmış mütəxəssis 8 -il BP- də olmaqla, 15-il neft sahəsində, paralel olaraq 6-il təhsil və psixoloji xidmətlər sahəsində təcrübə keçmişdir. Eyni zamanda, şəxsiyyət tipləri və insan tanıma üzrə təlimçi, öyrənmə, ixtisas seçimi, karyera qurma və münasibətlər üzrə konsultantdır.