13 iyun tarixində “Accelerated Career Academy” və Founder Woman Club tərəfindən Dövlət Məşğulluq Agentliyinin peşə hazırlığı layihəsi çərçivəsində hazırlıq kurslarına cəlb edilmiş müdavimlərin təltifetmə mərasimi keçirildi.

  Qeyd edək ki, müdavimlərin əksəriyyətinin qadınlar olduğunu nəzərə alaraq, tədbir çərçivəsində onlarla həvəsləndirici və stimulverici uğur hekəyələri paylaşıldı.Tədbirin təşkilatçılığına görə Accelerated Career Academy – nin rəhbəri,Founder Women Club-ın idarə heyətinin üzvü Samira xanıma təşəkkürlərimizi bildiririk.Peşə hazırlığı boyunca hazırlıq kurslarında iştirak edən xanımlara göstərilən dəstəklərə görə bütün iş adamlarına ayrıca təşəkkür edirik.

“Accelerated Career Academy” tərəfindən Dövlət Məşğulluq Agentliyinin peşə hazırlığı layihəsi çərçivəsində bərbər, tikişçi və dərzi peşə ixtisasları üzrə hazırlıq kurslarına cəlb edilmiş ümumilikdə 42 nəfər müdavim iştirak etdi.

Tədbirdə Dövlət Məşğulluq Agentliyi / Azerbaijan Public Employment Agency-nin nümayəndəsi ilə yanaşı, özəl sektor nümayəndələri, sahibkarlar və müvafiq sahə üzrə mütəxəssislər iştirak etmişdir.

Göstərdikləri dəstəyə və benefisiarlarla həvəsləndirici və stimulverici uğur hekəyələrini paylaşdığında görə Founder Club və Founder Women Club -un İdarə Heyəti üzvlərinə və nümayəndələrinə xüsusi minnətdarlığımızı bildiririk!

Qeyd edək ki, işaxtaran və işsiz şəxslər, xüsusi ilə də sosial müdafiəyə ehtiyacı olan vətəndaşların sosial müdafiəsini gücləndirmək, onların əmək bazarına çıxışını və səmərəli məşğulluq imkanlarının artırılmasına dəstək göstərmək məqsədi ilə təşkil olunan peşə hazırlıq kurslarına cəb olunmuş vətəndaşlar, kurs müddəti sonunda işlə təmin olunacaqlar.