Növbəti Iftar ziyafəti partnyorumuz Icea Uniform şirkətinin rəhbəri Elnur bəy və DDT-INN şirkətinin rəhbəri Reyman bəyin dəvəti ilə Atlantis restoranında baş tutdu.20 iş adamının qatıldığı tədbirdə yeni tanışlıqlarla bərabər işgüzar görüşlər də oldu.
ICEA UNIFORM rəhbəri Elnur bəy öz fəalliyyətləri haqqında məlumat verdi və qeyd etti ki, İcea Uniform uzun müddətdir ki, istehsal və xidmət sektoru müəssisələrinin korporativ imicinin tamamlanması üçün öz uniformalarını təklif edir.
Bizim məhsullarımıza müxtəlif təyinatlı işçi geyimləri, tibb geyimləri, tikinti sektoru işçiləri üçün fərdi mühafizə vasitələri, işçi ayaqqabıları, reklam xarakterli geyimlər, xidmət, servis uniformaları daxildir.
Tədbirin sonunda Reyman bəy vurğuladı ki, şirkəti hal-hazırda xarici bazarlarda logistika xidmətlərini göstərir.Eyni zamanda daxili bazarda da exclusive ofis məhsullarının satışı ilə məşğuldur.