Founder Club,Founder Women Club Idarə Heyəti VECON Consulting LLC , Bashkent Restoran və Şirniyyat Evi ,İs Group , Elegance Events , Azer Legal Group , Accelerated Career Academy və “Nur” Daun sindromlu uşaqların idmana və cəmiyyətə inteqrasiyası ictimai birliyinin birgə təşkilatçılığı ilə daun sindromlu uşaqlar üçün xeyriyyə tədbiri təşkil olunub. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunan tədbirdə Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tədbirdə eyni zamanda Milli Məclisin deputatları Məşhur Məmmədov, Ceyhun Məmmədov, Razi Nurullayev, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc, xalq artisti Gülüstan Əliyeva, tanınmış bəstəkar Gövhər Həsənzadə, əməkdar artistlər – “SOY production”ın rəhbəri Dilarə Əliyeva, Almaz Ələsgərova, Nuriyyə Hüseynova, əməkdar mədəniyyət işçisi Almaz Hüseynzadə, “Milana Hospital”ın təsisçisi, şairə Xuraman Muradova, tanınmış jurnalist Azər Niftiyev, tanınmış oftomoloq Yazgül Abdıyeva, müğənnilər Çilənay Hüseynova, Sevda Kazımova, Elgün Hüseynov mütərəqqi xeyriyyə aksiyasına görə, tədbirin təşkilatçılarına minətdarlıq ediblər.
Tədbirin qeyri-rəsmi hissəsində tanınmış incəsənət ustalarının, populyar müğənnilərin, həmçinin istedadlı balaca ifaçıların çıxışları iştirakçılar tərəfindən coşqu ilə qarşılanıb. Şən klounların çıxışları, hind rəqsi, rəssam uşaqların fleşmobu tədbirə xoş ovqat bəxş edib. Daun sindromlu uşaqlara dəstək məqsədilə onların əli işləri auksiona çıxarılıb və böyük maraqla qarşılanıb. Auksiondan əldə edilən gəlirlər daun sindormlu uşaqların hesabına köçürülüb. Eyni zamanda daun sindromlu uşaqların “Founder Woman Club”un tərəfdaşlığı ilə Milan Hospital və Liv Bona Dea Hospital da ümumi müayinələrdən keçəcəyi və müalicə prosesinə cəlb olunacağı bildirilib.
McDonald’s Azerbaijan, Bizim Tarla , Sirab və Slavyanka suları öz məhsulları ilə tədbirə sponsorluq ediblər
Sonda Uşaqlara , LIBRAFF , Shokki Mokki , OBA marketler sebekesi , Funland – AZ , tərəfindən hədiyyələr təqdim olunub.
Daun sindormlu uşaqlara dəstək məqsədilə baş tutan tədbirin ərsəyə gəlməsində xidmətlərinə görə, “Founder Woman Club”un İdarə Heyətinin Sədri , iş adamı İradə Şükürovaya, Başkent restoranın rəhbəri Mətanət xanıma,İs Group MMC nin rəhbəri Səmayə xanima ,Elegance Events Baku -nun rəhbəri Zərifə xanima, Accelerated Career Academy-nin rəhbəri Samira xanima, Azerlegal Groupun rəhbəri Günel xanıma, İdarə heyətinin üzvü Pərvanə xanıma təşəkkürlərimizi bildiririk.