Müqavilələr şirkət nümayəndələrinin müxtəlif məsələləri həll etmək üçün imzalamalı olduqları ən vacib sənədlərdən biridir. Bunun üçün də müqavilələr mövcud qanunvericiliyə uyğun olaraq düzgün tərtib olunmalıdır. Bu, gələcəkdə baş verə biləcək mübahisəli məsələlərin qarşısını almaq üçün olduqca vacibdir.
Bu barədə 14.05.2022, saat 11:00-da baş tutan “FC Talks”da Arbitro hüquq şirkətinin təsisçisi və icraçı direktoru, hüquqşünas, korperativ hüquq sahəsində 5 illik təcrübəyə malik Nəcəf Əliyev məlumat verdi. İxtisaslaşmış mütəxəssis eyni zamanda, inzibati orqanlar və vəzifəli şəxslərlə iş prosesində qarşılıqlı əlaqələrin qurulması və inzibati orqanların, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət mövzusunda da öz bilik və təcrübələrini iştirakçılarla bölüşdü.