Bu həftə FC Talks-un II qonağı Nizami Ağa – DDB Azerbaijan reklam agentliyinin sabiq Kreativ direktoru,hazırda Səudiyyə Ərəbistan Formula 1 Qran Prisində Brend menecer olaraq fəaliyyət göstərir.Nizami Ağa Vankuver Film Universitetində Rəqəmsal Dizayn və Brend kommunukasiyası üzrə magistr təhsili almışdır.Həmçinin Almaniyanın Potsdam Tətbiqi Elmlər Universitetində Vizual kommunikasya,Türkiyədə Qrafik Dizayn, 3D Motion və Vizual effekt ixtisasları üzrə təhsil almışdır.Peşəkar multidissiplinar dizayner Azərbaycan,Türkiyə,Almaniya və Kanada kimi ölkələrdə müxtəlif dizayn studiya və reklam agentliyi,TV,media,marketing və beynalxalq idman tədbirləri kimi sahələrdə fəaliyyət göstərmiş,uğurlu Qrafik və Motion dizayn, brend və vizual kommunikasiyalara,reklam kampanyalarına imza atmışdır.Kanadada “Vancouver Film School” tərəfindən “ Vision of Creativity” lahiyəsi ardıcıl 3 “ Ən yaxşı Kreativ” , “Ən yaxşı texniki dizayn”, “Ən yaxşı vizual kommunikasiya” mükafatlarına layiq görülmüşdür.