Bu həftə FC Talks-un qonağı Asif Sadıqovdur. Asif Sadıqov 10 ildən çox Straeji İdarəetmə,Korportiv Performansın İdarəedilməsi, Biznes Proseslərin İdarəedilməsi və İnsan Resurslarının İdarəedilməsi üzrə müxtəlif vəzifələrdə çalışmışdır.
İş təcrübəsinə tələbə olarkən Rabitə və Mühəndislik şirkətində Kadrların İdarəedilməsi sahəsində başlamışdır. Daha sonra Azərbaycanın böyük mağazaçılıq şəbəkəsinə malik olan mebel istehsalı və satışı şirkətində (Embawood) Kadrlar üzrə mütəəssis, Təlim və İnkişaf üzrə mütəxəssis, İnsan Resursları üzrə mütəxəssis və Strateji idarəetmə üzrə məsləhətçi olaraq davam etdirmişdir.
Karyerasını daha sonra SOCAR HR İnfrastruktur layihəsində davam etdirmişdir. 4 il layihədə fəaliyyəti dövründə ilk ilini “İnsan Resursları və Biznes Proseslərin idarəedilməsi üzrə konsultant”, daha sonra “Baş Konsultant” və “İdarəedici Konsultant” kimi çalışmışdır.
Daha Sonra Gilan Holding-in Mərkəz Ofisinin İnsan Resursları və İdarəetmə təcrübələrinin tətbiqindən məsul Təşkilati İnkişaf üzrə Menecer olaraq çalışmışdır. Çalışdığı dövrdə Holdinqin Bank, Sığorta, Maliyyə, FMCG və s. Sektorlarında fəaliyyət göstərən şirkətlərində müxtəlif layihələr icra etmişdir.Daha sonra Gilan Holdingin yeni yaradılan Süd Klasterində (Az Fp Co (Milla)) Strategiya və Təşkilati İnkişaf üzrə Direktor olaraq çalışıb.
Konsultant kimi fəaliyyəti dövründə Ölkə daxilində və xaricində bir neçə böyük şirkətlər üçün Idarəetmə sistemlərinin quruçuluğu üzrə layihələrdə iştirak etmişdir.
Təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinində İstehsal və xidmət sahələrinin İdarəedilməsi üzrə almışdır. Daha sonra Qafqaz Universitetində Biznes İnzibatçılığı üzrə Magistr dərəcəsi almışdır.Xəzər Universitetində MBA proqramının bir necə mühazirələrinə qatılmışdır.
İxtisaslaşmış olduğu sahələr üzrə onlarla xarici təlimçilər və konsultantlar tərəfindən təşkil edilmiş təlim və workshoplarda iştirak etmişdir.