İstehsalçı iş adamları ilə son zamanlar ixracat ilə bağlı müzakirələr edərkən qarşılaşdığım mövzulardan biri,
İxrac üçün marketinq planları.
İlk sifarişinizi əldə etmək arzusundan əvvəl sizə yəqin ki,ixrac marketinq planı lazımdır. Özüm bu sahədə oxumamışam ama təcrübələr və marketinqçi dostlardan duyduqlarım:

“İxrac planınızı inkişaf etdirərkən marketinqi reklam, satış və ya təşviqatla qarışdırmamağı unutmayın. Marketinq strategiyadır. Digər üçü hədəf auditoriyanıza çatmaq üçün strategiyanızın istifadə edəcəyi alətlərdir.”……….

İstəklərinizin həyata keçməsi və davamlılığı üçün marketinq planı qurulmalıdır və aşağıdakı suallara cavab verməlidir.

Ən təcrübəli özəl şirkətlərimizin maximum yaşı 30 olar (təxmini),yeni yeni addımlayırıq.Xarici şirkətlərin yaşları,təcrübələri daha çoxdur.Mövzu nədir?Xarici bazarlara çıxarkən bəzi suallar var hansı ki, onlara hazır olmalıyiq ki, uğursuzluqla rastlaşanda həm çox itirməyək,itirsək də geri qaytara bilmə planımızı həyata keçirə bilək və ya c planını uyglayarak davam edək.Məsələn bəziləri:

-Hədəf bazarınız və xüsusiyyətləri?
-Rəqibləriniz (daxili və xarici) bazara necə yanaşırlar?
-İstifadə etmək üçün ən yaxşı tanıtım strategiyası ?
-Mövcud marketinq materiallarınız, hətta məhsul və ya xidmətinizi necə uyğunlaşdırmalısınız?

Bəzən iş adamıyla müzakirə edərkən hazır olmadığı cavabsız suallar:
Hal hazırda nümunə üçün yazıram
Ödəniş-Beynəlxalq əməliyyatlar?
Kadrlarınız-İşçi heyətiniz lazımi bacarıqlara malikdirmi? Vəya İxracat edəcək işçi heyəti
Sənəd işləri-Bütün tələb olunan sənədlər,sertifikatlar?
Təcrübələr-Mədəni və biznes təcrübələrində fərqləri nəzərə almısınızmı?
Tərəfdaşlıqlar-Bazarda daha güclü iştirak üçün tərəfdaş seçmək?
Planlama-Hazırkı və planlaşdırdığınız siyasətlər hansılardır? A olmadı B vəya C
Mövqe-Bazarda necə qarşılanacaqsınız?

Beləliklə bir sürü ??????????