25 iyul saat 17:00 da FC Talksda Azad Qəhrəmanovun təqdimatında “İşgüzar danışıqlar,strategiya,texnikalar” adlı təlim keçiriləcək.
Ölkəmizdə ən tələb olunan təlimçilərdən biri kimi Azad Qəhrəmanov 18 illik təlimçilik təcrübəsinə sahibdir. Karyerası boyu 100-lərlə satış mütəxəssisinin, menecerin və təlimçinin hazırlığını həyata keçirmişdir.
Karyerasına 2004-cü ildə Birbaşa Satış sistemində başalayaraq 10 il müddətində uğurlu satış və satış idarəetmə karyerası keçmiş, 100-lərlə satış mütəxəssisi, menecer və təlimçi hazırlamış, satış əməkdaşlarının yetişdirilməsi üçün effektli təlim, seminar proqramları qurmuşdur.
Hazırda ölkəmizin ən uğurlu təlim şirkətlərindən olan SAT Group-un həmtəsisçisi və direktorudur. SAT Group şirkəti satış, marketinq və idarəetmə
istiqamətlərində 30-a yaxın kurs, 3 böyük biznes forum (SAT Forum, Biznes İdarəçilik Forumu, Strateji HR Forumu) həyata keçirən, 1000-dən çox şirkətlə davamlı əməkdaşlıq edən, 30-a yaxın peşəkar təlimçinin fəaliyyət göstərdiyi təlim mərkəzi, həm də kiçik və orta bizneslərə konsaltinq xidməti göstərən müəssisədir.
Azad Qəhrəmanov satış mövzusunda Azərbaycanda ən çox oxunan kitablardan biri – “SAT!” kitabının müəllifidir.