Dünən yolculuğuna başlanan Indoneziya səfəri bu gün axşam saatlarında Jakartada son buldu. 15 saatlıq uzun bir uçuşdan sonra nəhayət ki,gec də olsa axşam saatlarında Jakartada bir tur atdıq.Bu gün Taman Safari Bogor -u gəzərək, Indoneziyada ilk günümüzü tamamilə şəhərdən kənarda keçirdik.Möhtəşəm təbiəti və bir birindən fərqli növ heyvanlar aləmi,dadlı meyvələri,bir sözlə möhtəşəm…Bu tur boyunca bizə yoldaşlıq edən Beynəlxalq partnyorumuz Active Club Indonesia əməkdaşlarına təşəkkürlərimizi bildiririk.

İndoneziya turumuzun 2 ci gününə Jakarta şəhərini gəzməklə başladıq.Daha sonra şəhərdə İndoneziyalı iş adamları ilə yəməklar zamanı işgüzar görüşlər keçirərək əlaqələrin inkşafı üçün tanışlıqlar etdik.Active Club İndoneziyanın üzvləri olan bir çox yerli və gəlmə iş adamları ilə tanış olan partnyorlarımız,eyni zamanda Active Club İndoneziyanın Qadın iş adamları ilə də Founder Women Club olaraq da işgüzar görülər keçirdik.

4 günlük Jakarta biznes turumuzu bitirib, Baliyə doğru yola çıxdıq.Balidə həm dincəldik,həm də Balinin gəzməli görməli yerlərini ziyarət etdik.