Hansı sahədə fəaliyyət göstərməyinizə baxmayaraq, gigiyena və təmizlik ilə əlaqəli problemlər yaşamaq istəmirsinizsə, doğru partnyorunuzu tapmısınız! Biz Horeca şirkəti olaraq, müştərilərimizin etibarlı tərəfdaşı olmaq üçün çalışırıq.

Buna görə də biz portfelimizdə gigiyena üzrə dünya liderlərini birləşdirmək və onların təcrübəsini müştərilərə aşılamaqla, daha münasib məhsulların seçimində köməklik edirik. İşimiz təkcə məhsul satışı deyil, həmçinin satış sonrası məhsuldan doğru və təyinatı üzrə istifadəni təmin etməkdir.

Biz hər zaman bazara innovasiyalar gətirmək və təmizlik sektorunun inkişafına təkan verməyə çalışmışıq.

Mən Horecanı hər zaman ailə şirkəti görmüşəm. Bizi qohumluq əlaqələri deyil, ümumi dəyərlər, qarşılıqlı anlaşma və strateji hədəflər birləşdirir. Horeca MMC müştəri yönümlü şirkət olaraq gələcəyini dinamik inkişafda və keyfiyyətin yüksəlməsində görür.

Bizə etimad edib əməkdaşlığını davam edən müştərilərə təşəkkürümü bildirmək, potensial müştərilərə isə “etimadınızı doğruldacağımıza əminəm” demək istəyirəm.

https://horeca.com.az/