Ötən həftə Founder Club təşkilatçılığı ilə ‘Founders Party’ adı altında 2023 cü ilin son tədbiri təşkil edildi.Tədbir 70 iş adamının iştirakı ilə baş tutdu.2023 cü ildə göstərdikləri aktif fəaliyyətlərə görə Founder Women Club idarə heyətinə təşəkkürnamələr verilərək başlayan tədbir Founder Club-ın yeni loqosunun təqdimatı ilə davam etdi.Daha sonra 2023 cü ildə aktiv iştirakçı olan iş adamlarına təşəkkürnamələr,sertifikatlar təqdim olundu.Tədbirdə VİP Milan Hospitalın rəhbəri Xuraman Muradova,Absheron Saffron şirkətinin rəhbəri Xəlil bəy çıxış edərək qonaqlara öz xoş diləklərini çatdırdılar.Daha sonra Founder Club partnyorlarından Bahar Home Tekstil,Bashkent restoranı,Kitchenplus restoranı ,Hollywood restoranı,KHİNGALCHİ restoranı,Absheron Saffron, Vip Milan Hospital , Aqat Silver ,Orelay şirkəti tərəfindən qonaqlara hədiyyələr təqdim olundu.