“Founder Club” üzvləri ilə Özbəkistanın Azərbaycandakı səfirlik nümayəndələri ilə B2B formatında görüş baş tutub.
Özbəkistan səfirliyində keçirilən ikitərəfli görüşdə, Azərbaycan və Özbəkistan iş adamları arasında əlaqələrin qurulması, iş imkanlarının artırılması, sahibkarların iki ölkə arasında iş səyahətlərinin təşkil olunması haqda mövzular müzakirə edilib. Səfirlik nümayəndəsi Muhammed Batur Aliyev bu mövzuda məmnuniyyətini bildirərək, atılan addımları dəstəklədiyini qeyd edib.
İşgüzar görüş sonda hər iki tərəfin razılığı ilə yekunlaşıb.