26 may saat 18:00 da “FC talks” da Founder Club və SAT Group-un təşkilatçılığı ilə Sat Groupun təlim mərkəzində Xəyal Çərkəzin-in təqdimatında “Effektli satış və marketing sisteminin qurulması”adlı təlim keçiriləcək.
Xəyal Çərkəz Marketinq araşdırmaları və satış sahəsində 10 il təcrübəyə malikdir. Peşəkar karyerasına 2009-cu ildən “Times Consulting” şirkətində korporativ satış komandasında satış təmsilçisi kimi başlamış, daha sonra 2014-2017-ci illərdə DəmirBank ASC-də Filial şəbəkəsinin idarə olunması departamentində mütəxəssis, Risklərin İdarə olunması departamenti və Marketinq departmentlərində aparıcı mütəxəssis vəzifələrində çalışmışdır. 2017-2019-cu illərdə “Caspian Property Management” (Caspian Housing & Travel) şirkətində turizm sahəsi üzrə satış və marketinq rəhbəri vəzifəsində çalışıb. Hazırda “SAT Group” şirkətində konsaltinq layihələri üzrə menecerdir. Paralel olaraq beynəlxalq “Booking.com“ şirkətinin “Travel Communities” bölməsi üzrə səfiridir. Bu günə qədər 25-dən çox beynəxalq və yerli araşdırma, konsaltinq layihələrinin həyata keçirilməsində birbaşa iştirak etmişdir. Azərbaycan, Türk, Ingilis, Rus və Ispan dillərini bilir.