“DostCare” MMC biznes sahəsində fəaliyyət göstərən sahibkarlara maliyyə xidmətlərini təklif edir. Bunlara mühasibat uçotu, vergi uçotu, idarəetmə uçotu, maliyyə analitikası, şirkətlərin maliyyə strukturunun optimallaşdırılması, maliyyə risklərinin qarşısının alınması məqsədilə daxili nəzarət və risklərin idarə edilməsi sisteminin qurulması, həmçinin Baş Maliyyə İnzibatçılığı sahəsində xidmətlər təqdim edir.
Beynəlxalq və yerli sertifikatlara sahib peşəkar əməkdaşların həm elmi, həm də praktiki sahədə əldə etdikləri biliklər müştərilərin keyfiyyətli xidmətlərdən faydalanmasına töhfə verir.