Founder Club olaraq “Canton Fair” kimi tanınan Çinin idxal və ixrac sərgisində iştirakı üçün partnyorlarımız Başak Group və
Estet MMC-ə sərgi üçün qeydiyyat və vizaların alınma prosesində dəstək olduq.
Çinin xarici ticarətində mərkəz rolunu oynayan Quançjou şəhərində ölkənin ən böyük ticarət sərgisi olan 133-cü Çin idxal və ixrac sərgi-yarmarkanın (Kanton sərgisi) yaz sessiyası işə başlayıb.
Qeyd edək ki, yerli və xarici olmaqla ümumilikdə 35 min ziyarətçinin qatılacağı sərgi mayın 5-dək davam edəcək. Ümumi ekspozisiya sahəsi 1,5 milyon kvadratmetr olan sərgi-yarmarkada təxminən 70 min köşk fəaliyyət göstərir. “Canton Fair” sərgisində bütün çin ixracının illik həcminin onda bir hissəsini təşkil edən sövdələşmələrin ən böyük həcmi və dövriyyəsi həyata keçirilir.