Biznesin inkişafı, işgüzar görüşlər üçün əlavə fürsət, dostluq ab-havasında yeni bir səhər yeməyində bir araya gəldik.Partnyorumuz Ceyhun bəyin dəvəti ilə New Baku Hoteldə,turizm sektorundan iş adamlarıyla Founder Club partnyor işadamlarının arasında görüş təşkil olundu.Iş adamları fəaliyyətləri haqqında məlumat verdikdən sonra qarşılıqlı əməkdaşlıqlar danışıldı.
Iyun ayında Qarabağın tacı olan Şuşaya ediləcək tur haqqında məlumat verildi.
Əlavə olaraq Founder club və KAZANSİAD təşkilatçılığı ilə 22 İyun 2023-cü il tarixində, saat 10:00-dan 17:30- a qədər Fairmont Oteldə Türkiyədən gələn 15 şirkətlə yerli şirkətlər arasında B2B görüşlərlə əlaqəli məlumat verildi. Tədbirdə
aşağıdakı sahələrdən iş adamları iştirak edəcəklər.
Elektrik enerjisi, günəş enerjisi, hidroelektrik enerji, əkinçilik və heyvandarlıq, alüminium profilləri (cam balkon, mebel, pərdə), kranlar (elektrikli qaldırıcı maşınlar, portal kranlar, kran elektrik panelləri və avtomatlaşdırma sistemləri), inşaat materialları, beton (sütun, tir, fasad panelləri, dam örtükləri, içi boş döşəmə, yağış kanalı), ERP sistemlər, avtomobil güzgüləri (böyük maşınlar daxil), tekstil avadanlıqlarının ehtiyat hissələri, dirəklər (aydınlatma, projektor, kamera, bayraq), lift (ehtiyyat hissələri, yük, avtomobil, eskalator, əngəllilər üçün liftlər, sürətli, yolcu liftlər, panoramik)
? Agenda:
9:00-10:00- Qeydiyyat
10:00-10:40 – Rəsmi hissə
10:40-11:00 – Coffee break
11:00-13:00 – B2B görüşlər
14:00-17:30 – B2B görüşlər
Qeydiyyatdan keçmək mütləqdir ❗
? Qeydiyyat linki: