Azərbaycan İkinci Dünya müharibəsində yaxından iştirak edərək 600 mindən çox övladını cəbhədə döyüşlərə göndərib. Azərbaycan həmin zamanlarda neft məhsullarının 75%-ni hərbi əməliyyatlar üçün ötürüb. Müharibədə böyük qəhrəmanlıq göstərən,əslən Lənkərandan olan Həzi Aslanov İki dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb. Həzi Aslanovun İkinci dəfə Sovet İttifaqı qəhrəmanı adını almasında Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.