6 mart Park INN Hoteldə “Founder Club” , “Founder Women Club”-ın təşkilatçılığı və
“Kiçik və Orta Biznesin İnkişafı Agentliyi”-nin tərəfdaşlığı ilə
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə
“Heydər Əliyev ili: Biznes İdarəçiliyində Qadının əhəmiyyəti” adlı tədbir keçirildi.80 Qadın iş adamının qatıldığı tədbirdə,Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmisi Natiq Əliheydərov, “Founder Club”un rəhbəri Ruslan Dəmirov, “Founder Women Club”-ın idarə heyətinin sədri Iradə Şükürova, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri Səkinə Babayeva, “Coca-Cola Company” şirkətinin direktoru Rəna Məmmədova, “Gazelli Group” şirkətinin direktoru Diana Həsənova, Azərbaycan Rəssamlar İttifaqının üzvü Lalə Sərdarlı, “Azərbaycan Sahibkar Qadınlar” Birliyinin sədri Zemfira Ağayeva, “Milana Hospital”ın rəhbəri Xuraman Muradova, tanınmış teleaparıcı Dilarə Əliyeva, tanınmış bəstəkar Gövhər Həsənzadə, Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva,tədbirin sponsorları Maricel Real Estate təsisçisi Samir Əlizadə, Icea Uniform rəhbəri Elnur Cəfərov, Absheron Saffron LTD və PerdeEvim.az -ın nümayəndələri və digər natiqlər tədbirin əhəmiyyətindən və müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin fəaliyyətindən bəhs ediblər.
Daha sonra tədbir tanınmış incəsənət xadimlərinin çıxışları və həvəsləndirici lotareyanın təşkili ilə davam edib. Tədbir iştirakçılarına hədiyyələr təqdim olunub. Xalq artisti Gülyanaq Məmmədova, əməkdar artist Elza Seyidcahan, “Avroviziya” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov, Avroviziya mahnı müsabiqəsinin iştirakçısı Samirə Əfəndi, populyar müğənnilər Elnarə Xəlilova gözəl ifaları ilə tədbirə rəng qatıblar.