Biznesin idarəedilməsində hüquqi məsələlərin mühüm rolu var.Vergi sistemi sahibkarlarn mövcud problemlərindən biridir. Bu mövzuda sahibkarları məlumatlandırmaq üçün bu həftəki qonağımız, ” Enemay Audit and Tax” MMC-nin təsisçi və rəhbəri, təlimçi və vergi eksperti İlkin Dövlətov oldu. İxtisaslaşmış mütəxəssis uzun illər vergi orqanının müxtəlif şöbələrində rəhbər vəzifədə çalışmış, həmçinin banklarda və bir sıra korporativ müqavilələr əsasında masterklass təlimlər təşkil edərək, bəzi beynəlxalq layihələrə rəhbərlik etmişdir. Eyni zamanda İlkin Dövlətov “Xaçmaz KOB İnkişaf Mərkəzinin” operator təşkilatının rəhbəridir.

?11.06.2022, saat 15:00-da baş tutan təlim aşağıdakı mövzuları əhatə etdi:

?Azərbaycan Respublikasında vergi tutmanın əsasları;
?Vergi uçotu və vergi yoxlamaları barədə məlumatlar;
?Müəssisələrin qarşılaşdığı vergi problemləri və həlli yolları;
?Şəffaf vergi tutma sistemi tətbiq etmənin üstünlükləri;
?Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu barədə məlumatların verilməsi;
?Riskli vergi ödəyicilərin müəyyən olunması meyarları barədə Nazirlər Kabinetinin Qərarı barədə məlumatların verilməsi