06 mart saat 11:00 da Özbəkistanın Azərbaycandakı səfirliyinin dəstəyi Founder Club,ATUİAB (Azərbaycan Türk Özbəkistan iş adamları birliyi) və UZBİC (Biznes va Sanoat Kengashi.) təşkilatçılığı ilə Bakıda Şərq Bazarında Özbəkistanlı iş adamları ilə Founder Club Partnyorları arasında B2B görüşlər keçirildi.Tədbirin rəsmi hissəsində Milli Məclisin deputatı Razi Nurullayev,Milli Məclisin deputatı Vüqar İsgəndərov,Milli Məclisin deputatı Müşviq Cəfərov,Özbəkistanın Azərbaycandakı Səfirliyinin 1. Katibi Muhammad Batur Aliyev, Uzbic – O’zbekiston biznes va sanoat kengashi rəhbəri Anvar Abdukayum, Atuiab rəhbəri Ruslan Imanzadə,Founder Club rəhbəri Gasimbayli Fidan çıxış edərək Azərbaycan və Özbəkistan arasında biznes əlaqələrinin inkşafından danışdılar.Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün imkanlar qeyd olunub. Vurğulanıb ki, uğurla inkişaf edən iqtisadi-ticarət, investisiya qoyuluşu sahəsində əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli səfərlər, keçirilən görüşlər mühüm əhəmiyyət kəsb edir.